AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
10.01.2024 - 14:20
![AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/january/10/big/659e6f41f35da659e6f41f35db1704881985659e6f41f35d8659e6f41f35d9.jpg)
Yanvarın 11-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Apasport.az xəbər verir ki, Gəncədə keçiriləcək iclas saat 14:30-da başlayacaq.
AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) və digər məsələlər iclasın gündəliyinə daxil edilib.
0
0