Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin I Liqada çıxış edən “İmişli” komandası ilə bağlı qərarını dəyişdirib.
Apasport.az xəbər verir ki, adıçəkilən klubun apellyasiya şikayəti qismən təmin olunub.
Belə ki, XX turda “Mingəçevir”lə keçirilən görüşün 80-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Gilyerme Silvaya İntizam Komitəsi tərəfindən verilən 2 oyunluq cəza 1 matça endirilib. Digər bir oyunluq sanksiya şərti olaraq tətbiq edilib.
Futbolçuya 3 ay sınaq müddəti verilib. 150 manatlıq cərimə isə qüvvədə saxlanılıb.
Maraqlı tərəflərin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüquqları var.
Qeyd edək ki, “Mingəçevir” – “İmişli” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- NBA: “Mayami Hit” qələbə qazandı, 2 oyunluq seriyaya son qoydu
- Sertan Taşkın qırmızı aldı, komandası uduzdu
- Super Liqanın ən gənc baş məşqçiləri: Arda Turan liderdir
- ÇL: “Qarabağ” qələbə qazandı CƏFƏRQULİYEV ƏN YAXŞISI SEÇİLDİ
- İsmayıl Zülfüqarlı: "İstənilən komandaya qarşı uğurlu nəticəyə oynayacağıq" - MÜSAHİBƏ