AFFA klubları cəzalandırdı
11.05.2023 - 16:34
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XXXIII turunun oyunlarında baş verənlər müzakirə olunub.
“Turan Tovuz” – “Neftçi” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 800 manat cərimələnib.
“Qarabağ” – “Qəbələ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxs daxil olduğuna görə Ağdam klubu 1600 manat cərimələnib.
- Taekvondoçularımızdan Niderlandda 2 qızıl və 1 gümüş medal
- Çerçesov Qazaxıstan millisinin baş məşqçisi postunu tərk edib
- Azərbaycan çempionatı: “Zirə” 7-ci qələbəsini qazandı
- "Fənərbaxça" İtaliyada çıxış edən fransıza təklif göndərəcək
- Sənədləri saxtalaşdırdılar, 3 il müddətinə futboldan uzaqlaşdırıldılar
0
0