AFFA-nın əməkdaşı İsveçrədə beynəlxalq seminarda iştirak edib
14.01.2025 - 17:00
AFFA-nın Beynəlxalq oyunlarda təhlükəsizlik üzrə baş mütəxəssisi Elnur İbişov İsveçrənin Nyon və Cenevrə şəhərlərində UEFA-ya üzv ölkələrin təhlükəsizlik xidmətinin əməkdaşları üçün seminarda iştirak edib.
Apasport.az xəbər verir ki, iki gün davam edən seminarda Avropa çempionatı, eləcə də, avrokubok oyunlarında təhlükəsizlik əməkdaşlarının işlərində nöqsanlar müzakirə olunub.
Həmçinin matçlar zamanı zonalara bölünmə, biletlərin yoxlanış qaydaları və tamaşaçıların stadiona maneəsiz giriş-çıxışlarına nəzarətlə bağlı söhbətlər aparılıb.
- "Fənərbaxça" Türkiyə millisinin üzvünü transfer etdi - Rəsmi
- Stolüstü tennisçilərimiz MDB Oyunlarının finalında
- Karateçilərimiz Rusiyada 5 medal qazanıblar
- Samir Əliyev yığmanın baş məşqçisi təyin olundu - Hakimlər Komitəsində yeni sədr
- Poçettino ÇL finalı haqda: “Bəxt nəticəni müəyyənləşdirə bilər”
0
0