
Niderlandın paytaxtı Amsterdamda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminar keçirilir.
Sportal.az xəbər verir ki, fevralın 15-dək davam edəcək seminarda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov və maliyyə meyarları üzrə menecer Bəhram Dadaşov iştirak edirlər.
Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:
Niderlandda Lisenziyalaşdırma sisteminin inkişafı;
Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
Lisenziar olan Milli Assosiasiyaların sertifikasiyası;
UEFA Lisenziyalaşdırma üzrə illik hesabatı;
Lisenziar və lisenziya iddiaçısı arasına kommunikasiyalar;
UEFA-nın Milli Assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı;
Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.
- Türkiyədə son çempion lideri büdrətdi
- Dursun Özbək İlham Əliyevə "Qalatasaray" forması bağışladı - FOTO
- Şahin Diniyev: "İkinci yarı məni çox məyus etdi"
- Georgi Kondruseviç: "Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil"
- Lukas Afriko: "Qarabağ"ın futbolçusu qarşılaşdığım ən yaxşı hücumçudur" - Müsahibə