![AFFA-nın yeni prezidenti Rövşən Nəcəf oldu - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2024/april/02/big/660bba3b5194e660bba3b5194f1712044603660bba3b5194c660bba3b5194d.jpeg)
Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir.
Apasport.az xəbər verir ki, tədbirdə Rövşən Nəcəf AFFA-nın prezidenti seçilib.
R.Nəcəf "Neftçi"nin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentidir.
Qeyd edək ki, 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev prezidentliyə namizədliyini irəli sürməyib.
***
11:25
Bu gün AFFA-ya yeni prezident seçiləcək.
Apasport.az xəbər verir ki, bu, “Bulvar Marriott Hotel”də AFFA-nın Hesabat-Seçki Konfransında baş tutacaq.
AFFA prezidentliyinə yeganə namizəd "Neftçi"nin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.
Qeyd edək ki, 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev namizədliyini irəli sürməyib.