AFFA nümayəndəsinə UEFA-dan təyinat
16.10.2025 - 11:36

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
O, UEFA Konfrans Liqasının Liqa mərhələsi çərçivəsində oktyabrın 23-də keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) - “Şelburn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək.
0
0