AFFA öz ampluasında: "NEFTÇİ" YENƏ CƏRİMƏLƏNDİ
13.10.2026 - 11:21
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının VII turunun matçları müzakirə olunub.
"Neftçi" 5000 manat məbləğində cərimə olunub.
Buna səbəb "Sabah"la matçda azarkeşlərin rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub.
Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü qolsuz bərabərliklə nəticələnib.
0
0