AFFA Premyer Liqa klublarını cərimələdi
07.05.2025 - 12:18
AFFA Premyer Liqa klublarını cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub.

02.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIII turun “Zirə” – “Turan Tovuz” oyununun 59-cu dəqiqəsində “Zirə” klubunun 32 nömrəli futbolçusu Qismət Alıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Zirə” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);

02.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIII turun “Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” klubu 700 manat cərimə edilsin (maddə 37);
 
03.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIII turun “Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilsin (maddə 37);
 
04.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIII turun “Neftçi” – “Kəpəz” oyununun 70-ci dəqiqəsində “Neftçi” klubunun 4 nömrəli futbolçusu Elvin Camalov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);
 
01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Cəbrayıl” – “Baku Sporting” oyununun 85-ci dəqiqəsində “Cəbrayıl” klubunun 10 nömrəli futbolçusu Tapdıq Əhmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Cəbrayıl” klubu 200 manat cərimə edilsin (maddə 43.1);
 
01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Cəbrayıl” – “Baku Sporting” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
 
01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Cəbrayıl” – “Baku Sporting” oyununda “Baku Sporting” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Baku Sporting” klubu 70 manat cərimə edilsin (maddə 37);
 
01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Difai” – “Mingəçevir” oyununda “Difai” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” klubu 70 manat cərimə edilsin (maddə 37);
 
01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Difai” – “Mingəçevir” oyunu bitdikdən sonra “Difai” klubunun 17 nömrəli futbolçusu Riad Abbaszadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Difai” klubu 300 manat cərimə edilsin (maddə 40.3);
 
01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Difai” – “Mingəçevir” oyununun 61-ci dəqiqəsində “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);
 
01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Difai” – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” klubunun 96 nömrəli futbolçusu Elməddin Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Mingəçevir” klubu 300 manat cərimə edilsin (maddə 40.3);
 
02.05.2025-ci il tarixində I Liqada XXIV turun “İmişli” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilsin (maddə 51.2);
 
02.05.2025-ci il tarixində I Liqada XXIV turun “Zaqatala” – MOİK oyununun 90+3-cü dəqiqəsində MOİK klubunun 19 nömrəli futbolçusu Əzəmət Ələkbərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, MOİK klubu 100 manat cərimə edilsin (maddə 41);
 
02.05.2025-ci il tarixində I Liqada XXIV turun “Karvan” – “Qəbələ” oyununun ikinci hissəsi qapı torunda problem olması səbəbindən gec başladığı üçün “Karvan” komandası 100 manat cərimə edilsin (maddə 77.1);
 
02.05.2025-ci il tarixində I Liqada XXIV turun “Karvan” – “Qəbələ” oyununun ilk hissəsi, ikinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 51.2);
02.05.2025-ci il tarixində I Liqada XXIV turun “Karvan” – “Qəbələ” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 52.1);
 
02.05.2025-ci il tarixində I Liqada XXIV turun “Karvan” – “Qəbələ” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Karvan” klubu 150 manat cərimə edilsin (maddə 52.2);
 
04.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Şamaxı-2” – “Səbail-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilsin (maddə 73.1);
 
04.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Şamaxı-2” – “Səbail-2” oyununda xərəkdaşıyanların say və yaş limiti pozulduğuna görə “Şamaxı-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
 
05.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37);
 
4 may 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Çinar Zəngilan FK-Xankəndi FK oyunu bitdikdən sonra Çinar Zəngilan FK komandasının adı protokolda qeyd edilməyən nümayəndəsi Anar Dünyamalıyev rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4);
 
3 may 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Masallı PFK–Kəpəz PFK oyununda Kəpəz PFK komandasının heyətində N14 futbolçu Məhəmməd Allahverdiyev qarşılaşmanın 74-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
 
3 may 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Masallı PFK–Kəpəz PFK oyununda qarşılaşmanın 75-ci dəqiqəsində Kəpəz PFK komandasının məşqçisi Fərid Bayramov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 42.4);
 
5 may 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Lion PFK–Sumqayıt FK oyununda Lion PFK komandasının heyətində N1 futbolçu Amin Quliyev qarşılaşmanın 34-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41)
 
3 may 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Neftçi PFK–Zirə PFK oyunu bitdikdən sonra Zirə PFK komandasının baş məşqçisi Natiq Kərimi meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 42.3)
 
3 may 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Neftçi PFK–Zirə PFK oyunu bitdikdən sonra Zirə PFK komandasının azarkeşləri hakimlərin üzərinə hücum çəkdiyinə, ünvanına təhqiredici ifadələr səsləndirildiyinə görə Zirə PFK komandasına xəbərdarlıq edilsin (maddə 11);
 
3 may 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Amasiya – Xocalı FK oyununda Amasiya komandasının heyətində N1 futbolçu Hüseyn Allahverdili  qarşılaşmanın 64-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41)
 
4 may 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Binə FK –FC Young Pro oyunu FC Young Pro komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığına görə FC Young Pro komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
4 may 2025-ci il tarixində AFFA U-10 Liqasında keçirilən Azərbaycan Qartalları – Qarabağ FK oyunu bitdikdən sonra Qarabağ FK komandasının baş məşqçisi  Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4);
 
4 may 2025-ci il tarixində AFFA U-10 Liqasında keçirilən Azərbaycan Qartalları – Qarabağ FK oyunu bitdikdən sonra Qarabağ FK komandasının azarkeşləri hakimlərin ünvanına təhqiredici ifadələr səsləndirildiyinə görə Qarabağ PFK komandasına xəbərdarlıq edilsin (maddə 11);
 
04.05.2025-ci il tarixində keçirilən Futzal üzrə 1-ci Liqanın pley-off mərhələsinin Baku Fire-2 – Star Kargo oyununda Star Kargo komandasının №8 oyunçusu Nihad Məcidli oyunun 26-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5).