AFFA “Qarabağ” və “Sabah”ı da CƏRİMƏLƏYİB
21.04.2026 - 12:00
AFFA “Qarabağ” və “Sabah”ı da CƏRİMƏLƏYİB

AFFA “Qarabağ” və “Sabah” klublarını cərimələnib.

Apasport.az xəbər verir ki, qərarı qurumun İntizam Komitəsi çıxarıb.

Cəzalar Misli Premyer Liqasının XXVIII turunda keçirilən “Qarabağ” – “Sabah” oyununda baş verən hadisələrlə bağlı tətbiq olunub.

Oyundan sonra “Qarabağ” azarkeşlərinin olduğu sektordan meydana kənar şəxslər daxil olduğuna görə klub 5000 manat cərimə edilib.

“Sabah” komandasında 6 futbolçunun sarı vərəqə almasına görə klub 700 manat cərimələnib.

Bundan başqa, “Sabah”ın futbolçusu Abdulax Xaybulayev ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alıb və 2 oyunluq cəzalanıb. Klub isə buna görə 1000 manat cərimə olunub.

Oyundan sonra “Sabah” azarkeşlərinin olduğu sektordan da meydana kənar şəxslər daxil olduğuna görə klub əlavə 5000 manat cərimə edilib.