AFFA "Qarabağ"ı CƏRİMƏLƏYİB
29.04.2026 - 15:52
AFFA "Qarabağ"ı CƏRİMƏLƏYİB

“Qarabağ” klubu cərimələnib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Misli Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda Ağdam təmsilçisinin azarkeşlərinin tərəfindən pirotexniki vasitədən istifadə etməsi səbəb olub. Komanda bu hadisəyə görə 7 min manat məbləğində cərimələnib.

Xatırladaq ki, “Neftçi” – “Qarabağ” matçı qonaqların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.