Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Cityscape Global” daşınmaz əmlak və idman qurğuları sərgisi təşkil olunub.
Apasport.az xəbər verir ki, AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov qonaq spiker qismində çıxış etmək üçün təşkilatçılar tərəfindən tədbirə dəvət olunub.
Sərgi “Yaşamanın Gələcəyi” mövzusu altında Səudiyyə Ərəbistanının İdman Nazirliyi və digər dövlət orqanlarının dəstəyi ilə keçirilib.
Tədbir qlobal miqyasda ən böyük daşınmaz əmlak sərgisi kimi tanınır və 160 000-dən çox beynəlxalq iştirakçını əhatə edir.
Elçin Məmmədov “Oyunlar və idman tədbirləri üçün idman qurğularının hazırlığı” mövzusunda çıxış edib.
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- De Bleker hakimin tərəfini tutdu, "qırmızı yoxdur" dedi
- Orazov: “Qırmızı vərəqədən sonra işimiz çətinləşdi” - MÜSAHİBƏ
- "Liverpul"u çalışdıracaq mütəxəssis bəlli olub