AFFA rəsmisi Norveç millisinin oyununa təyinat alıb
09.11.2025 - 23:18
AFFA rəsmisi Norveç millisinin oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də keçiriləcək Norveç-Estoniya görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Oslo şəhərində yerləşən "Ullevaal" stadionunda baş tutacaq.