AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
25.04.2024 - 11:58
![AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib](https://ww3.apasport.az/storage/news/2024/april/25/big/662a0bd833be3662a0bd833be41714031576662a0bd833be1662a0bd833be2.jpg)
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantı UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.
Qeyd edək ki, iclasda mövsüm üçün lisenziyalaşdırma qaydalarında nəzərdə tutulan dəyişikliklər müzakirə olunub.
0
0