Amil Yunanov üçün əlamətdar görüş
15.04.2024 - 15:56
![Amil Yunanov üçün əlamətdar görüş](https://ww3.apasport.az/storage/news/2024/april/15/big/661d15d4d909e661d15d4d909f1713182164661d15d4d909c661d15d4d909d.jpg)
Amil Yunanov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Kəpəz”in futbolçusunun yubileyi Misli Premyer Liqasının XXX turuna təsadüf edib.
31 yaşlı hücumçu “Səbail”lə səfər matçında (3:3) şans qazanıb. Amil 200 oyunda 52 qola imza atıb.
Onun debütü 2010/11 mövsümündə “Qəbələ”nin heyətində gerçəkləşib. Yunanov ilk klubunda 7 (1 qol), “Sumqayıt”da 91 (28 qol), “Şamaxı”da 61 (14 qol), “Səbail”də 29 (6 qol), “Kəpəz”də 12 (3 qol) oyun keçirib.
0
0