Amit Quluzadə 5 oyunluq cəzalanıb
21.05.2025 - 13:37
Amit Quluzadə 5 oyunluq cəzalanıb

Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə 5 oyunluq cəzalanıb.

Apasport.az xəbər verir ki, Quluzadənin cəzalanmasına XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra hakimləri təhqir etməsi səbəb olub.

Onun hərəkətinə görə "Qaradağ Lökbatan" 400 manat cərimələnib.