Andrade üçün yubiley matç
27.10.2025 - 11:14
Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.
Apasport.az xəbər verir ki, "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.
Kabo-verdeli yarımmüdafiəçinin yubileyi "Sabah"la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.
Qeyd edək ki, Andrade 2020/2021 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, "Qarabağ"da 92 görüşdə 8 qola sevinib, "Araz-Naxçıvan"da isə 8 matçda iştirak edib.
- Azərbaycan təmsilçiləri finala yüksələ bilmədilər
- Bəxtiyar Musayev: “Kuboku qazanmaq “Neftçi” üçün çətin olacaq”
- Rəşad Sadıqov: “Komanda və məşqçi olaraq, yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik”
- “Liverpul” yarımmüdafiəçi axtarışında
- Qurban Qurbanov: “Elə gün idi ki, həyatımı verməyə hazır idim”
0
0