Misli Premyer Liqasının XX turunda "Araz-Naxçıvan" "Sumqayıt"ı (1:0) məğlub edib.
Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib.
"Yaxşı oynadıq və istədiyimiz üç xalı qazandıq. Futbolçularım döyüşürdülər, qələbə üçün hər şeyi etdilər. Görmək istədiklərimizi gördük, futbolçuların istəyi var idi. Öyrənməli olduğumuz nüanslar var ki, işləməliyik. Futbolçulara da təşəkkürümü etdim. Aydın idi ki, hamı bu gün can yandırırdı".
- Sizin üçün daha önəmli olan bir qələbə ilə futbolçuların psixolojini durumunu düzəldəsiz, yoxsa istənilən halda oyun sisteminizi qəbullandırmaq üçün zamana daha çox ehtiyacınız var?
- Biz sistem üzərində çalışırıq. Vacib olan odur ki, futbolçularda istəyi gördük. Futbolçuların hamısı motivasiyalıdır, özgüvənləri yerindədir.
- “Roma” türkiyəli müdafiəçi ilə bağlı qərarını verib
- Rəşad Əzizli: “Şamaxı” kimi 4 klub olsa, millimizdə də futbolçu problemi yaşanmaz” - MÜSAHİBƏ
- Rəşad Sadıqov: “Heç kim oyunun sonuna qədər təslim olmur”
- “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək
- “Milan”ın 2 ulduzu yayda komandadan ayrılacaq