Andrey Demçenko: “İrəli getmək üçün edəcəklərimizi öyrənirik”
14.01.2026 - 18:22
Andrey Demçenko: “İrəli getmək üçün edəcəklərimizi öyrənirik”

"Araz-Naxçıvan" bu gün növbəti yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, komanda "Qəbələ" ilə keçirilən matçda 0:1 hesabı ilə məğlub olub.

Muxtar Respublika təmsilçisinin baş məşqçisi Andrey Demçenko oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib:

"Bugünkü oyun daha çox məlumat xarakterli idi və nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə, futbolçular yorğunluq fonunda meydana çıxmışdılar. Uşaqların verdiyimiz tapşırıqları nə dərəcə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik".