"Qarabağ"ın qapıçısı Andrey Lunyov agenti Anton Smirnovla əməkdaşlığa son qoyub.
Apasport.az xəbər verir ki, bunu 32 yaşlı qapıçının özü açıqlayıb.
O, həm Moskva "Dinamo"sunun maraq dairəsinə düşməsi, həm də Smirnovla vidalaşmağı barədə danışıb: "Gələcəyimlə bağlı çox şayiələr gəzir. Bütün qərarlar və şərhlər yalnız mövsüm bitdikdən sonra veriləcək. Amma sabiq nümayəndəm Anton Smirnovla əməkdaşlığımızın sona çatmasını bildirmək istəyirəm. Ona üç illik işi üçün təşəkkür edir, fəaliyyətində uğurlar arzulayıram".
Qeyd edək ki, ötən yay "Qarabağ"a keçən Lunyovun müqaviləsi mövsümün sonunda başa çatacaq.
- Xulio Rodriqes: “Baş məşqçi dedi ki, “Sabah”da qalmaq təkcə ondan asılı deyil” - MÜSAHİBƏ
- Daha bir taekvondoçumuz Avropa Oyunlarına vəsiqə qazandı - FOTOLENT
- Tərlan Əhmədov: "Onlarda birinci, ikinci heyət söhbəti yoxdur"
- Bəhlul Mustafazadə əməliyyat olunub
- İmişlidə yeniyetmə futbolçu faciəvi şəkildə öldü