Anje Mutsinzi milli komandaya dəvət alıb
01.09.2024 - 19:48

"Zirə"nin müdafiəçisi Anje Mutsinzi milli komandasına dəvət alıb.
Apasport.az xəbər verir ki, Ruanda millisinə cəlb olunmuş müdafiəçi Liviya və Nigeriya ilə baş tutacaq matçlar üçün Afrika Millətlər Kubokunun seçmə mərhələsində iştirak edə bilər.
Qeyd edək ki, Liviya ilə görüş sentyabrın 4-də, Nigeriyaya qarşı oyun isə sentyabrın 10-da baş tutacaq.
Qeyd edək ki, Mutsinzi cari mövsümün əvvəlində "Zirə"nin sıralarına qoşulub.
- Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb - YENİLƏNİB
- Sara “Mançester Siti”nin hədəfində
- Millimiz beynəlxalq turnirdə 2 oyun keçirib
- Mehman Allahverdiyev: "Onlara elə futbolu bilməyənlər lazımdır ki, pul qazansınlar"
- "Xәzәr Lәnkәran" qayıdır! - "Palmali" təsdiqlədi
0
0