APA TV-nin 9 yaşı tamam olur
29.05.2022 - 10:36
![APA TV-nin 9 yaşı tamam olur](https://ww3.apasport.az/storage/news/2022/may/29/big/629284e915106629284e9151071653769449629284e915101629284e915104.png)
Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efir həyatına başlamasından 9 il ötür.
2013-cü il mayın 29-da internet üzərindən canlı yayıma başlayan APA TV bir çox ilklərə imza atmağı bacarıb.
"APA Group”un tərkibinə daxil olan televiziyada gündəlik xəbərlər, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişlər təqdim olunur.
APA TV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.
Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.
Ad günün mübarək, APA TV!
0
0