"İmişli" heyətinə elita təcrübəsi zəngin olan futbolçu cəlb edib.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Elşən Abdullayevi transfer edib.
Bu keçidlə bağlı klubun icraçı direktoru Aqşin Mürsəlovun fikirlərini öyrəndik:
"Bildiyiniz kimi, hədəfimiz çempionluqdur. Ona görə də, bu yolda bizə fayda verəcək futbolçuları heyətimizə cəlb etməkdə maraqlıyıq. Elşən Abdullayev yetəri qədər təcrübəsi olan, nəticə verən oyunçudur. O, bir vaxtlar ölkə futbolumuzda ən potensiallı futbolçu hesab olunurdu. Düşünürəm ki, onun hələ də özünü yaxşı tərəfdən göstərmək şansı var. Elşənin 29 yaşı var. Bu yaşda da kifayət qədər yaxşı oyunlar sərgiləyib, diqqətləri cəlb etmək olar. Odur ki, bu keçidin bizə faydalı olacağına inanıram. Onu da qeyd edim ki, Elşən vaxtilə Əsgər Abdullayevin rəhbərliyi altında "Neftçi"də də oynayıb. Yəni, baş məşqçimiz onun potensialına hamıdan yaxşı bəlləddir. Həm Elşən, həm də bizim üçün xeyirli olsun".
Abdulla İsmayıloğlu
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- Premyer Liqanı tərk edən son klub da bəlli oldu
- Ramin Quliyev: "Neftçi" və "Sabah" arasında mübarizə amansız olacaq"
- "Abşeron"un baş məşqçisi: "Zədəli oyunçumuz yoxdur"
- Didye Deşam: “Azərbaycan millisində əvvəlki illərlə müqayisədə irəliləyiş var”