Araz Abdullayevin yeni klubu - RƏSMİ
24.03.2024 - 17:15
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi Araz Abdullayevi heyətinə qatıb.
31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.
Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.
- Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
- Rövşən Nəcəf Gürcüstan Futbol Federasiyasının prezidenti ilə görüşüb
- Daha bir klub Türkiyə Kubokundan imtina etdi - Rəsmi
- Rəşad Rəsullu: "Məqsədimiz qadınlar arasında olimpiya birincisi yetişdirməkdir"
- Millimizin üzvü Türkiyə klubunu tərk edib
0
0