"Araz-Naxçıvan" "Benfika" ilə cavab matçına çıxacaq
05.12.2025 - 09:35
Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün "Benfika"(Portuqaliya) ilə cavab matçına çıxacaq.
Apasport.az xəbər verir ki, qarşılaşma Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade"də, saat 21:30-da start götürəcək.
Görüşü serbiyalı hakimlər - Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcəklər.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.
- Krunoslav Renduliç: "Futbolçulara dedim ki..."
- Kadi Borqes: “Hədəfimiz Çempionlar Liqasının qrupu olmalıdır” - MÜSAHİBƏ
- Xabi Alonso: “Azərbaycan səfəri bizim üçün çətin olacaq”
- Güləş üzrə ölkə birinciliyinə start verilib
- “Araz-Naxçıvan”ın futbolçusu: "Premyer Liqa və aşağı liqa klubu arasında bir fərq var"
0
0