“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının X turuna təsadüf edib
Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib.
Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə üç xala sevinib.
Naxçıvan klubunun ilk qələbəsi 2000/2001 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ının qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 qələbəsi olan 36-cı komandadır.
- Millimizin qapıçısı: “İstənilən yığma ilə mübarizə aparacaq gücdəyik”
- Ruslan Qurbanov: "Xarici məşqçiyə bu qədər çox pul xərcləməkdənsə..."
- Bakıda keçirilən döyüş gecəsi UFC turnirinin tarixinə düşüb
- “Formula-1”: İkinci yarış günündə ilk qaliblər bilinəcək
- Fransa prezidenti Florentino Pereslə görüşəcək