“Araz-Naxçıvan” qrupda qaldı
27.10.2022 - 22:01
Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz bu dəfə Serbiya çempionu “Lozniça Qrad”la qarşılaşıb.
Oyun rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qoluna Vitao imza atıb. Bu nəticədən sonra komandamız növbəti mərhələyə yüksəlmək şansını itirib.
Qeyd edək ki, “Araz-Naxçıvan” turnirdə son görüşünü oktyabrın 29-da Bosniya və Herseqovinanın “Mostar” komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- Jurnalistlər “Qarabağ”ı növbəti mərhələdə görür
- Konfrans Liqası: "Çelsi"dən darmadağın, “Betis” yarımfinalın bir addımlığında - YENİLƏNİB
- Boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurdu - FOTOLENT
- “Zirə”nin qapıçısı çempionatda 100-cü oyununu keçirib
- “Sən burda neynirsən?” – dumanda da qol buraxmayan ƏFSANƏ
0
0