!["Araz-Naxçıvan" təlim-məşq toplanışına başlayıb](https://ww3.apasport.az/storage/news/2025/january/07/big/677cd06243e03677cd06243e041736233058677cd06243e01677cd06243e02.jpg)
Qış fasiləsindən maksimum faydalanmağa çalışan “Araz-Naxçıvan” bu gündən təlim-məşq toplanışına başlayıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesində istirahətlə əlaqədar ölkəsinə yollanmış legionerlər də iştirak edir.
Yanvarın 12-dək davam edəcək hazırlıq prosesi zamanı futbolçular gün ərzində 2 məşq keçəcəklər. Səhər fitnes zalda çalışacaq komanda üzvləri ikinci hazırlığı stadionda reallaşdıracaq.
Qeyd edək ki, komanda hazırlıq prosesi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Yanvarın 9-da, saat 15:00-da “Kapital Bank Arena”da “Sumqayıt”la üz-üzə gələcək “qırmızı-ağlar” 2 gün sonra “Səbail”lə gücünü sınayacaq. İkinci matçın məkanı və başlama saatı barədə əlavə məlumat veriləcək.