“Araz-Naxçıvan”ın daha bir futbolçusu məşqlərə başlayıb
28.11.2024 - 13:52
![“Araz-Naxçıvan”ın daha bir futbolçusu məşqlərə başlayıb](https://ww3.apasport.az/storage/news/2024/november/28/big/67482f38d9be667482f38d9be7173278392867482f38d9bdc67482f38d9be5.jpg)
“Araz-Naxçıvan”ın daha bir futbolçusu - Karlos Jatoba məşqlərə başlayıb.
Apasport.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın daha əvvəl zədəsini sağaldıb meydana qayıdan futbolçuları - Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından 29 yaşlı braziliyalı yarımmüdafiəçi də fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında məşq edir.
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının XV turunda “Turan Tovuz”la qarşılaşacaq.
0
0