“Araz-Naxçıvan”ın futbolçusu zədəsini sağaldıb
03.04.2024 - 17:17
“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu İqor Ribeyro zədəsini sağaldıb.
Klubun mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, son iki oyunda iştirak etməyən müdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.
28 yaşlı futbolçunun Gəncə klubu ilə matçda iştirak edib-etməyəcəyinə oyun günü aydınlıq gələcək. “Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən fransalı yarımmüdafiəçi Aksel Nqandonun müalicəsi isə davam edir.
- Bakıda Paris-2024-ə lisenziya üçün turnir keçiriləcək
- Çempionlar Liqası: “Bavariya” və “Komo”dan darmadağın - YENİLƏNİB
- Olimpiadalar tarixində rekord – Pekin-2022-də
- “Kəpəz”in kapitanı: “Bu gün "Qarabağ"a qalib gəlmək asan deyil” - MÜSAHİBƏ
- "Sumqayıt" - "Araz-Naxçıvan" matçının təyinatları açıqlanıb
0
0