Argentina millisinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Apasport.az saytının məlumatına görə, Cənubi Amerika təmsilçisi Qətərdə keçirilən dünya çempionatının ilk oyununda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olaraq dünya rekordunu təkrarlamaq şansını əldən verib.
Lionel Skaloninin yetirmələrinin 36 matçlıq məlubiyyətsizlik seriyasına son qoyulub. Bununla Lionel Messi və komanda yoldaşları rekordçu İtaliyanın 37 oyunluq uğurunu təkrarlaya bilməyib. Argentina yığması buna qədər sonuncu dəfə 2019-cu ildə Braziliyaya 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Argentina qrupda növbəti oyununu noyabrın 26-da Meksikaya qarşı keçirəcək.
- Levandovski La Liqanın ilk 3 turunun oyunlarını buraxacaq
- “Fənər”dən qolsuz heç-heçə: ÇL-də günün nəticələri - YENİLƏNİB
- “Real Madrid” Kurtuanın əvəzləyicisini "Milan"da tapdı
- Azərbaycanın gənc qılıncoynadanları Çində dünya birinciliyində iştirak edəcəklər
- Albert Blanko: “Neftçi” üçün bu seriyanı qazanmaq məcburidir”