Azərbaycan milli komandası yoxlama görüşü çərçivəsində iyunun 7-də Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da Albaniya ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, yıömamızın baş məşqçisi Arif Əsədov matçdan öncə keçirilən mətbuat konfransında açıqlama verib:
“Qarşıdakı iki oyunda bizi yaxşı rəqiblər gözləyir. UEFA Millətlər Liqası turniri öncəsi son yoldaşlıq görüşləridir. Hazırlığın ilk mərhələsində bəzi futbolçuları tempdə saxlamaq üçün onlara üç günlük məşq keçdik. İyunun 3-dən etibarən komanda şəklində tam heyətlə məşqlərə başladıq. Bolqarıstana qarşı keçirilən son oyundakı modeli daha da təkmilləşdirməyə çalışdıq. Yoldaşlıq görüşü olsa da, meydana qələbə üçün çıxacağıq. Futbolçuların hazırlığından razı qaldım, onların münasibəti yaxşı oyuna ümid verir. Rəqibdən asılı olmayaraq, hər bir oyun bizim üçün əlavə motivasiyadır. Qazaxıstan yığması ilə bir-birimizi daha yaxşı tanıyırıq. Düzdür, əvvəllər Albaniya ilə qarşılaşmışıq. Son dövrlərin Albaniya yığması isə iki dəfə Avropa çempionatına vəsiqə qazanmış kollektivdir. Bu da onların gücünün göstəricisidir. Ancaq komanda şəklində intizamlı oynasaq, rəqibə imkan vermərik və istəyimizə nail olarıq”.
- Qurban Qurbanov: "Oyunçu cəlb edilməsi yönündə iş gedir" – MÜSAHİBƏ
- "Barselona" "Real”ın transfer hədəfini almaq istəyir
- "Başakşehir" – "Fənərbaxça" matçı bu kanalda
- Avropa çempionatında iştirak edəcək güləşçilərimiz bəlli olub
- Türkiyəli futbolçu: “Azərbaycan millisindən imtina etdiyim üçün peşman deyiləm”