Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Apasport.az saytının məlumatına görə, püşkatma zamanı I səbətdə yer alacaq İngiltərə təmsilçisi “Arsenal”la bağlı maraqlı araşdırma aparılıb.
London klublarını daim diqqətdə saxlayan football.london saytı “Arsenal” üçün arzuolunan və arzuolunmaz qrupu müəyyənləşdirib. Maraqlıdır ki, ingilislər Azərbaycan çempionu “Qarabağ”la bir qrupda qərarlaşmaq istəmir. “Topçular” üçün II səbətdəki komandalardan yalnız “Qarabağ” arzuolunmaz sayılır. Onlar “Qarabağ”, “Betis” və “Omoniya”ya rəqib olmağı arzulamır.
“Arsenal” üçün ən ideal qrup isə “Malmö”, “Midtullan” və “Union” hesab edilib.
Qeyd edək ki, İstanbulda keçiriləcək püşkatma mərasimi Bakı vaxtilə saat 15:00-da başlayacaq.
- Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər bəlli oldu
- "Feyenoord" "Roma"nı məğlub etdi, "Gent" "Vest Hem"ə uduzmadı
- MDB Oyunlarının ilkin yarış cədvəli müəyyənləşib
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
- "Qarabağ"ın rəqibi futbolçusu ilə yollarını ayırıb