Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişikliyi edilib.
Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, PFL-də yeni vitse-prezident postu yaradılıb.
Yeni yaradılmış posta artıq təyinat rəsmiləşdirilib. Uzun illərdir Peşəkar Futbol Liqasında çalışan Aslan Şahgəldiyev vitse-prezident təyin olunub.
Qeyd edək ki, Aslan Şahgəldiyev 2004-cü ildən futbol sahəsində çalışır. O, 2004-cü ildən 2009-cu ilə qədər “Karvan” klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb. A.Şahgəldiyev 2009-cu ildən bu günə qədər Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi.
- Ançelotti “Real”dan ayrılacaq
- Avropa Liqası: Toralın qolu həftənin ən yaxşısı seçilib
- Azər Məmmədov: “Düzünü desəm, belə hesabla uduzacağımızı gözləmirdim”
- Təbriz Həsənov: "Nə qədər çətin olsa da, "Qarabağ" "Dinamo"nu keçmək gücündədir" - Müsahibə
- İBA Rusiya və Belarus boksçularını yarışlara qaytardı