Avarçəkənlərimiz İtaliyaya yollanıb
20.03.2024 - 19:32
Martın 22-də İtaliyada ənənəvi “Paolo De Aloya” reqatası start götürəcək.
Apasport.az xəbər verir ki, 3 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də iştirak edəcək.
Yarışda Ziya Məmmədzadə, Bəhmən Nəsiri, Diana Dımçenko və Murad Sadıqov mübarizə aparacaq. Avarçəkənlər 1 nəfərlik qayıqda start xəttinə çıxacaqlar.
Komandamız bu gün İtaliyaya yollanıb.
Qeyd edək ki, Dımçenko ötən il “Paolo De Aloya” reqatasında qızıl medal qazanıb.
- Niderland klubunda pivə satışından rekord qazanc
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
- Azərbaycan çempionatında 1/4 finalın cavab görüşləri keçiriləcək
- Paris-2024: Nigeriyalı boksçu Olimpiadadan uzaqlaşdırılıb
- UEFA-nın dəstəyi ilə Lənkəranda “Qızlar Futzal Kuboku” keçirilib
0
0