![AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb](https://ww3.apasport.az/storage/news/2024/november/08/big/672e032f7766c672e032f7766d1731068719672e032f7766a672e032f7766b.jpg)
Azərbaycan Voleybol Federasiyasının (AVF) kominikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.
Apasport.az xəbər verir ki, qurum rəsmisi qadın voleybolçular arasında Çelenc kubokunun 1/16 finalında “Rapid Buxarest" (Rumıniya) və “Roma Volley” (ITA) komandalarının cavab qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.
Noyabrın 12-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək oyunu danimarkalı Morten Enqborq Kleyn və bolqarıstanlı Milena Lazarova-Pyova idarə edəcək.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.