![Avrokuboklarda 400-cü qol](https://ww3.apasport.az/storage/news/2022/august/10/big/62f37612ac5cc62f37612ac5cd166012264262f37612ac5ca62f37612ac5cb.jpg)
Azərbaycan klubları avrokuboklarda 400-cü qolu vurub.
Apasport.az saytının məlumatına görə, yubiley “Qarabağ”ın “Ferensvaroş”la səfər matçına təsadüf edib.
Çempionlar Liqasının III təsnifat mərhələsinin Macarıstandakı cavab matçında (3:1) təmsilçimizin vurduğu son top Azərbaycan futbolu tarixinə 400-cü kimi düşüb. Bu qola İbrahima Vadji imza atıb.
Təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi isə Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.
Qeyd edək ki, texniki nəticələr və nəticəsi ləğv olunan oyunlardakı qollar nəzərə alınmır.
Vüqar Xeyrullayev