Avropa çempionatında ölkəmizi 4 atlet təmsil edəcək
31.05.2024 - 16:56
![Avropa çempionatında ölkəmizi 4 atlet təmsil edəcək](https://ww3.apasport.az/storage/news/2024/may/31/big/6659d1388708e6659d1388708f17171622966659d1388708c6659d1388708d.jpg)
Azərbaycanı İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatında 4 atlet təmsil edəcək.
Apasport.az xəbər verir ki, çəkicatma növündə Anna Skidan, uzunluğa tullanmada Nazim Babayev, üçtəkanla tullanmada Yekaterina Sarıyeva və Aleksis Kopello mübarizə aparacaq.
Qeyd edək ki, sayca 26-cı Avropa çempionatı iyunun 7-də start götürəcək.
0
0