Avropa Oyunları: Lunyovla Nəsirovadan sonuncu yer
27.06.2023 - 12:44
![Avropa Oyunları: Lunyovla Nəsirovadan sonuncu yer](https://ww3.apasport.az/storage/news/2023/june/27/big/649aa192652c8649aa192652c91687855506649aa192652c6649aa192652c7.jpg)
Krakov-2023 III Avropa Oyunlarının atıcılıq yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün qarışıq komandaların tapança ilə 25 m məsafədən atəş açma yarışına start verilib.
Azərbaycan yığması da təsnifat mərhələsində qüvvəsini sınayıb. Ruslan Lunyov və Nigar Nəsirova hədəf önünə keçib.
Onlar yarışı 525 xalla başa vurub. Təmsilçilərimiz 9 komanda arasında sonuncu olub.
Qeyd edək ki, ilk 8 yerin sahibi final mərhələsinə yüksəlib.
0
0