Avropa Oyunları: Ramazanova 1/32 finalda dayandı - FOTO
27.06.2023 - 15:53
Krakov-2023 III Avropa Oyunlarında kamandan oxatma yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün qadınların fərdi yarışında 1/32 final görüşləri keçirilir.
Azərbaycan yığmasının açılış mərasimindəki bayraqdarı Yaylagül Ramazanova da növbəti sınağına çıxıb. O, Paulina Ramanauskayte (Litva) ilə görüşüb. 5:6 hesabı ilə uduzan təmsilçimiz Krakov-2023-lə vidalaşıb.
Qeyd edək ki, Yaylagül kamandan oxatmada yeganə təmsilçimiz idi.
- “Barselona” Fatini ingiltərəli ilə dəyişmək istəyir
- ABŞ çempionatının ən dəyərli oyunçusu mükafatına namizədlər müəyyənləşib
- Azərbaycan çempionatı: 4 oyunda 34 qol vurulub
- "Arsenal" və "Liverpul" misirli hücumçu uğrunda mübarizə aparacaqlar
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
0
0