![Avropa Oyunlarında daha 2 taekvondoçumuzun rəqibi bilindi](https://ww3.apasport.az/storage/news/2023/june/24/big/64972cd4e457a64972cd4e457b168762901264972cd4e457864972cd4e4579.jpg)
Polşada keçirilən Avropa Oyunlarının taekvondo yarışlarında üçüncü günün püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, iyunun 25-də dayanq üzərinə çıxacaq yığma üzvlərindən ikisinin ilk rəqibləri bəlli olub.
Eltac Qafarov (74 kq) 1/8 finalda Lukaş Çudnoçla (Polşa) üz-üzə gələcək. Fəridə Əzizova (67 kq) isə eyni mərhələdə Atanasia Mitsopoulounu (Yunanıstan) sınağa çəkəcək.
Yarışların son günündə - iyunun 26-da isə Taleh Süleymanov (87 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, taekvondoçularımızın hesabında hələlik 2 medal var. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafat əldə edib.