“Ayın qolu” layihəsinin qalibi mükafatlandırılıb
13.10.2026 - 19:09
II Liqada “Ayın qolu” layihəsinin qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, “Dinamo”nun futbolçusu Elvin Cahangirli sentyabr ayının ən yaxşı qolunun müəllifi seçilib.
Ona mükafatı VII turun “Dinamo” – “Kür-Araz” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.
0
0