Azər Bağırov: "Maraqlı həftə keçirəcəyik"
04.12.2024 - 22:15
![Azər Bağırov: "Maraqlı həftə keçirəcəyik"](https://ww3.apasport.az/storage/news/2024/december/04/big/67509e09b0a7067509e09b0a71173333658567509e09b0a6e67509e09b0a6f.jpg)
Azərbaycan Kubokunun 1/8 mərhələsində "Kəpəz" "İmişli"ni məğlub edib - 1:0.
Apasport.az xəbər verir ki, matçdan sonra gəncəlilərin baş məşqçisi Azər Bağırov görüş barədə fikirlərini bildirib:
"Oyun bizim üçün çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu. Birinci hissədə qol epizodlarımız da oldu. Amma reallaşdıra bilmədik. Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü "Zirə" ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq".
0
0