Azərbaycan çempionatında pley-offa yüksələn komandalar məlum olub
17.01.2025 - 14:32
Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinə vəsiqə qazanan komandalar məlum olub.
Apasport.az xəbər verir ki, ilk “8-lik” 13-cü turun oyunlarından sonra dəqiqləşib.
“Birbaşa Bakı” 37 xalla müntəzəm mövsümü birinci pillədə başa vurub. “Zirə” 34 xalla ikinci, “Aznur” 32 xalla üçüncü olub.
Növbəti sıralarda “Sumqayıt” (29 xal), “Galaxy” (26 xal), “Göyçə” (19 xal), “Star Bakı” (18 xal) və “Laçın” (15 xal) komandaları qərarlaşıb.
Çempionatda 14 komanda mübarizəyə qoşulmuşdu.
- UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən futzal yarışı başa çatıb
- Millimizin Avropa çempionatının final mərhələsi üçün heyəti açıqlanıb
- Mahir vurdu, komandası qələbə qazandı
- Vladimir Miçoviç: "Bojoviçə məsləhətim odur ki...”
- “Neftçi”nin sabiq futbolçusu Messi və Ronaldo ilə eyni siyahıda
0
0