Azərbaycan çempionatının qalibi müəyyənləşib
11.03.2025 - 22:38
Azərbaycan çempionatının qalibi müəyyənləşib

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, həlledici görüşdə "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gəlib.

Matç "Birbaşa Bakı"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb

Qarşılaşmanın 36-cı dəqiqəsində Eşqin Tağıyev, 47-ci dəqiqədə isə Təmkin Xəlilzadə "Zirə"nin qapısına yol tapıb.

Qeyd edək ki, "Birbaşa Bakı" ötən il də Azərbaycan çempionu olmuşdu.