Azərbaycan çempionu Avropa Liqasında
02.08.2023 - 22:09
Çempionlar Liqası ilə vidalaşan “Qarabağ” Avropa kuboklarında mübarizəni davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının III təsnifat mərhələsində oynayacaqlar.
Ağdam klubu “Molde” (Norveç) – HJK (Finlandiya) cütünün məğlub komandası ilə qarşılaşacaq. Tərəflər arasında ilk oyun avqustun 10-da Bakıda olacaq. Cavab matçı bir həftə sonra səfərdə keçiriləcək.
Qeyd edək ki, səfərdə Polşanın “Rakuv” klubuna 2:3 hesabı ilə uduzan Ağdam təmsilçisi doğma azarkeşlər qarşısında revanş ala bilməyib. Oyun 1:1 hesabı ilə başa çatıb.
- Dambrauskas: “Qarabağ”a hörmət edirik və hər oyuna ciddi yanaşırıq”
- “Qarabağ”ın komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Taekvondoçularımız beynəlxalq turniri 3 medalla başa vurublar - FOTO
- Avropa Gimnastikasının rəsmisi Bakıda seminar keçib
- Son 10 ildə ilk dəfə: Startda 3 heç-heçə
0
0