Futzal üzrə Çempionlar Liqasında mübarizə aparan “Araz-Naxçıvan” turnirdə ilk oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz Latviyada təşkil olunan ilkin mərhələnin ilk oyununa çıxıb.
Azərbaycan çempionu Türkiyənin “İstanbul Şişli” klubu ilə qarşılaşıb. Təmsilçimiz favoriti olduğu görüşdə asan qələbə qazanıb.
Artıq ilk hissədə üç qol vuran “Araz-Naxçıvan” fasilədən sonra fərqi artırıb. Komandamız yekunda 9:1 hesablı qələbə qazanıb.
Bu qarşılaşmada Amadeu üç, İsa Ateyev 2 qol vurub. Digər qollara Lukas, Xətai Bağırov, Lazar Milosavljeviç və Erik imza atıb. Rəqibin gücü son dəqiqələrdəki təsəlli qoluna çatıb.
Qeyd edək ki, ikinci oyununu sabah keçirəcək Azərbaycan çempionunun rəqibi Almaniyanın “Yan Reqensburq” klubu olacaq.
- Samir Abasov: “Bunları dərd etməyə başlamışıq”
- AFFA U-13 Liqasında pley-off mərhələsinin püşkü atılıb
- Qvardiola: “Çempionlar Liqasını qazanmaq istəyən “Real” səddini keçməlidir”
- Stolüstü tennisçilərimiz “WTT Youth Contender” turnirini 3 medalla başa vurub
- Misli Premyer Liqası: XVIII turun təyinatları