![Azərbaycan çempionundan ikinci qələbə](https://ww3.apasport.az/storage/news/2023/august/24/big/64e7505995fee64e7505995fef169288098564e7505995feb64e7505995fed.jpg)
Futzal üzrə Çempionlar Liqasında mübarizə aparan “Araz-Naxçıvan” turnirdə növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz Latviyada təşkil olunan ilkin mərhələnin II turunun matçına çıxıb.
Azərbaycan çempionu Almaniyanın “Yan Reqensburq” klubu ilə üz-üzə gəlib. Dünən baş tutan ilk turda Türkiyə təmsilçisi “İstanbul Şişli”ni 9:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” yenə azarkeşlərini sevindirib.
Təmsilçimiz favoriti olduğu görüşdə yenə asan qələbə qazanıb. Artıq ilk hissədə üç cavabsız qol vuran “Araz-Naxçıvan” fasilədən sonra fərqi daha da artırıb.
Naxçıvanlılar yekunda 5:0 hesablı qələbə qazanıb. Bu qarşılaşmada Lukas, Erik, Xəzər Ağalızadə, İsa Atayev və Xətai Bağırov qol sevinci yaşayıb.
Qeyd edək ki, qrupda son oyununu avqustun 26-da keçirəcək Azərbaycan çempionunun rəqibi Latviyanın “Riqa” klubu olacaq.