Bu gün Milli Gimnastika Arenasında "Legends Cup" çərçivəsində yoldaşlıq minifutbol oyunu keçirilib.
Apasport.az xəbər verir ki, “Neftçi 2000-ci illər” komandası “Premyer Liqa məşqçiləri” komandası ilə qarşılaşıb və əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Neftçi 2000-ci illər” uduzub – 2:3.
Oyunda qolları Əfran İsmayılov (“Premyer Liqa məşqçiləri”) və Rəşad Sadıqov (“Neftçi 2000-ci illər”) vurublar. Qalibiyyəti gətirən penalti zərbəsini isə Rəşad Sadıqov (“Premyer Liqa məşqçiləri”) dəqiq yerinə yetirib.
“Neftçi 2000-ci illər” veteranlarının baş məşqçisi Ağasəlim Mircavadov, “Premyer Liqa məşqçiləri”in isə Kurban Berdıyev olub.
Qeyd edək ki, oyun saat 20:00-da başlayıb və Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunub.
- “İnter”ə qələbə üçün 1 qol bəs etdi
- Həsrət Cəfərov: “III MDB Oyunları - Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir”
- İbrahimoviç: “Ən pis xatirəm “Barselona” idi”
- Riçard Almeyda və Adama Diakabi ölkə kubokunun finalından sonra "Qarabağ"dan ayrılacaqlar
- Bodibildinq üzrə II muxtar respublika birinciliyi keçirilib