Azərbaycan gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar
22.03.2024 - 17:54
![Azərbaycan gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar](https://ww3.apasport.az/storage/news/2024/march/22/big/65fd81f5a9dd065fd81f5a9dd1171111269365fd81f5a9dce65fd81f5a9dcf.jpg)
Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede şəhərində təşkil olunacaq Dünya Kubokunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, bu gün startı veriləcək mötəbər yarışda 4 idmançımız qüvvəsini sınayacaq.
Baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva və Dilarə Qurbanova çıxış edəcəklər.
Martın 24-dək davam edəcək Dünya Kubokunda beynəlxalq dərəcəli hakim Lalə Hüseynova Azərbaycanı hakim kimi təmsil edəcək.
0
0